Lerikdə Bakı sakinindən "Kalaşnikov" götürülüb - FOTO

09:21 30.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" avtomatı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.